Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması. Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması. Əmək Məcəlləsinin göstərişinə görə işəgötürən bəzi peşələrin və vəzifələrin xarakteri ilə əlaqədar olaraq onların tutulması üsulunu müsabiqə yolu ilə elan edə bilər. Vəzifələrin müsabiqə yolu ilə tutulması bir qayda olaraq elm, təhsil müəssisələrində elmi, elmi-pedoqoji fəaliyyətlə bağlı olan vəzifələr üzrə elan edilir. Artıq son illərdə Respublikamızın orta ümumtəhsil məktəblərində müəllim və digər idarəedici vəzifələr də müsabiqə yolu ilə tutulur. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müsabiqəni yalnız bir cinsin nümayəndəsi üçün elan etmək olmaz. Əmək Məcəlləsinin göstərişinə görə müsabiqədə işçinin (namizədin) bilik və bacarıqları, həmin vəzifəyə uyğun olub olmaması ya müsahibə, ya testüsulu ilə, ya da bu üsulların hər ikisi vasitəsilə yoxlanılır və bu yoxlamaların nəticəsindən asılı olaraq namizəd müvafiq işlə təmin edilir.
Orta ümumtəhsil məktəblərində də digər müəssisələr kimi vəzifələrin müsabiqə yolu ilə tutulmasının  şərtləri və qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq normativ hüquqi aktı ilə müəyyənləşdirilmişdir.
Hal – hazırda orta ümumtəhsil məktəblərində müəllim vəzifələrinin tutulması Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirtdiyi ümumi müsabiqə nəticəsində həyata keçirilir. Bu proses aşağıdakı kimidir: Hər ilin aprel ayında orta məktəblərin rəhbərliyi tərəfindən həmin məkətəbdə olan vakant müəllim yerlərinin siyahısı və bu yerlərdə olan dərs saatlarının sayı barədə məlumat şəhər (rayon) təhsil şöbəsinə göndərilir. Həmin şəhər (rayon) təhsil şöbəsi də öz növbəsində ərazisində olan bütün orta məktəblərdən gələn müvafiq siyahını ümumiləşdirib Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müsabiqə elan edilməsi üçün göndərir. May ayının əvvəlində hazırki dövr üçün müəllim kimi çalışanların eyni rayon (şəhər) təhsil şöbəsinin tabeliyində olan digər məktəbdə olan vakant iş yerinə qəbul olunması üçün test imtahanı keçirilir. Test imtahanında uğurlu nəticə əldə edən müəllimlər müsahibə mərhələsinə buraxılırvə bu mərhələnin nəticəsindən asılı olaraq yeni iş yerinə qəbul edilib-edilməməsi məsələsi həll edilir. Bu müsabiqədə iştirak edən müəllimlər ilk dəfə olaraq müəllim olmaq üçün ərizə vermiş namizədlərdən fərqli olaraq yalnız iki məktəbdə olan vakant yerə iddia edə bilərlər.
Bu müsabiqə bitdikdən sonra orta ümumtəhsil məktəbləri şəhər (rayon) təhsil şöbələrinə vakant yerlər və  dərs saatları haqqında məlumat olan yeni siyahı göndərir. Bundan sonra həmin boş yerlərə olan iddialara yalnız bir şəhər (rayon) təhsil şöbəsinin ərazisindən digər şəhər (rayon) təhsil şöbəsinin tabeçiliyində olan orta məktəblərə işə keçirilmək istəyən müəllimlərin ərizələri qəbul edilir. Bu müsabiqənin nəticələri elan edildikdən sonra orta ümumtəhsil məktəblərindən yenidən boş qalan iş yerləri haqqında və onların dərs saatları haqqında yeni siyahı alınıb yeni müsabiqə elan edilir. Həmin müsabiqə bir qayda olaraq iyul ayında keçirilir. Bu müsabiqədə artıq ilk dəfə müəllim kimi çalışmaq istəyənlərin ərizəsi qəbul edilir. İlk dəfə müəllim olmaq istəyən namizədlər 5 məktəbdə olan vakant iş yerlərinə iddia edə bilər. Müsabiqənin nəticələrindən asılı olaraq həmin 5 məktəbdən birinə işə qəbul edilib-edilməməsi məsələsi həll edilir.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, müəllimlərin işə qəbulla bağlı müsabiqədə test imtahanı zamanı 60 sual üzrə bilikləri yoxlanılır. Onlardan 40-ı ixtisas üzrə, 10-u metodika, 10-u isə məntiqi məsələlər üzrə olur. Bu suallardan Bakı şəhər orta ümumtəhsil məktəblərində müəllim işləmək üçün fənlər üzrə 48 bal ,informatika və ibtidai siniflər üzrə isə 42 balvə ondan yuxarı,toplamaq lazımdır. 
         Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəsinin nəticəsi elan edildikdən sonra qalib namizədlərin müvafiq işlə təmin edilməsi barəsində şəhər (rayon) təhsil şöbələrinə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən yazılı göstəriş daxil olur. Şəhər (rayon) təhsil şöbələri də öz növbəsində namizədlərin işə qəbul olduqları orta ümumtəhsil məktəblərinə həmin namizədlərin sənədlərinin qaydasında olub-olmamasını yoxlamaq və müvafiq əmrlə işə qəbul edilməsinin təmin edilməsi barədə yazılı göstəriş göndərir. Bundan sonra müvaqif orta məktəbin rəhbəri namizədin sənədlərinin qaydasında olmasını dəqiqləşdirdikdən sonra müsabiqənin nəticəsini əsas tutaraq qalib namizədin işə təyin edilməsi barədə əmr verir. Həmin əmrin əsasında isə işçi ilə əmək müqaviləsi bağlanılır.
         Müsabiqə yolu ilə müəllim vəzifəsini tutmuş namizədlə əmək müqaviləsi bağlayarkən sınaq müddəti nəzərdə tutulmur. Çünki Əmək Məcəlləsinin 52-ci maddəsinin göstərişinə görə müsabiqə yolu ilə vəzifəni tutan şəxslərə sınaq müddəti tətbiq edilə bilməz.
Bundan başqa həmin əmək müqaviləsi müddətsiz bağlanılır. Yəni əmək müqaviləsinin qüvvədən düşməsi müddəti göstərilmir. Ümumtəhsil orta məktəbində boş olan vəzifələr tutulmadıqda həmin orta məktəbin rəhbərliyi tərəfindən həmin boş qalan yerə müsabiqədə iştirak etmiş, lakin müsabiqədən keçməmiş, buna baxmayaraq kifayət qədər nəticə (bal yığmış) göstərmiş müəllimlərdən biri müvəqqəti olaraq həmin vəzifənin icrasına dəvət edilir. Əgər razılıq əldə edilirsə bu barədə məktəb rəhbrliyi şəhər (rayon) təhsil şöbəsinin rəhbərliyinin razılığı ilə həmin müəllimlə müvəqqəti (bir qayda olaraq bir tədris ili üçün bağlanılır) əmək müqaviləsi bağlayır. Növbəti müsabiqənin nəticəsindən asılı olaraq həmin müəllimlə ya əmək müqaviləsi uzadılır, ya da xitam verilir.
Müvəqqəti əmək müqaviləsinin bir növü də işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda bağlanılır. Belə hallarda əmək müqaviləsi saat hesabı bağlanılır. Məsələn, müəllim məzuniyyətdə olduqda, xəstəliyi ilə əlaqədar olaraq işə müvəqqəti çıxmadıqda, ana olmağı ilə bağlı sosial məzuniyyətdə olduğu zamanda onun yerinə işləmək arzusunda olan, həmin məktəbdə və ya digər orta məktəbində çalışan müəllimlə dərs saatlarının sayına görə (saat hesabı) əmək müqaviləsi (əvəzçilik üzrə) bağlanılır. Həmin müəllim öz əsas iş yerindən savayı, əlavə olaraq müxtəlif səbəblərdən qısa müddətli işə çıxmayan müəllimin əvəzinə çalışır. Bu zaman özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan müəllimi əvəz edən müəllimə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Sonuncu abzasda sadalanan hallardan başqa bütün digər hallarda əmək müqaviləsində tam iş vaxtı nəzərdə tutulur.




Aztest.info





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

İşçiyə olunan xəbərdarlıq intizam tənbehi sayıla bilərmi ?

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri

Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Sual - Əmək məzuniyyəti kimlərə və hansı müddətlərə verilir?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ