Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI Azərbaycan Respublikası Təhsil Nazirliyinin
29.04.2015-ci il tarixli 511 nömrəli əmri ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan
ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu
QAYDALARI
1. Ümumi müddəalar
1.1. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil
müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi,
pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” (bundan sonra - Qaydalar)
"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, "Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq olunması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli Sərəncamı,
"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması
haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli
Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar
üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə
başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında” 14.04.2010-cu il tarixli 67 nömrəli, "Təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli
215 nömrəli, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə
elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına, Təhsil
Nazirliyinin "Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris -
köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü
(pedaqoji iş) aparmaları haqqında” normaların təsdiq edilməsi ilə bağlı 26.01.1999-cu il
tarixli 59 nömrəli əmrinə uyğun olaraq hazırlanmışdır. 
1.2. Bu Qaydalar Təhsil Nazirliyi (bundan sonra Nazirlik) sisteminə daxil olan
ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblərində,
ümumtəhsil internat məktəblərində və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar,
liseylərdə) və peşə liseylərində (bundan sonra - müəssisə) müəllimlərə tələbatın
müəyyənləşdirilməsini, müəllimlərin, digər pedaqoji işçilərin işə qəbulunu və
yerdəyişməsini tənzimləyir, bu sahədə təhsili idarəetmə orqanlarının, müəssisə
rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir.
1.3. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan
(şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi və ixtisaslı müəllim kadrlarının işə
qəbulu Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla,
mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə
vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir və bu məqsədlə
komissiyalar yaradılır.
1.4. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni
rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik
üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Yerdəyişmənin nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik yerdəyişmənin
mövcud qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik üzrə təhsili
idarəetmə orqanlarına təqdim edir.
1.5. Müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin
Nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəssisə
rəhbərinin, həmin müəssisələrdən digər dövlət ümumi təhsil müəssisələrinə
dəyişdirilməsi isə tabelik üzrə təhsili idarəetmə orqanının təqdimatı əsasında Nazirlik
tərəfindən proqram təminatı tətbiq edilməklə müsabiqə yolu ilə həyata keçirilir.
1.6. İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının
tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Nazirliyin
sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə dəyişdirilməsi
tabelik üzrə təhsili idarəetmə orqanının təqdimatı əsasında Nazirlik tərəfindən proqram
təminatı tətbiq edilməklə müsabiqə yolu ilə həyata keçirilir.
1.7. Ali təhsilin bakalavr, magistratura və doktorantura səviyyələrində təhsilini
başa vurmamış, həmçinin qeyri-pedaqoji təhsilli və xaricdə təhsil alaraq təhsil sənədi 
Nazirlik tərəfindən tanınmamış şəxslərin müəssisələrə müəllim vəzifəsinə işə qəbuluna
icazə verilmir.
1.8. Ümumtəhsil məktəblərinin tədris planında "İctimai fənlər” bölməsində
nəzərdə tutulan fənlərin tədris edilməsi üçün xarici ölkələrdə təhsil almış müəllimlərin
saathesabı, əvəzçilik qaydasında və ya müddətli əmək müqaviləsi ilə işə qəbulu
qadağandır.
1.9. Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, eləcə
də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.
1.10. Azərbaycan Respublikasının ərazisində yerləşən dövlət təhsil
müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik
fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən işə qəbulu
müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə başa
çatdıqdan sonra, proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçirilir.
1.11. Müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər yalnız müsabiqədən keçdiyi
ixtisas üzrə dərs apara bilərlər. Bu qaydalar qüvvəyə mindikdən sonra müəssisələrə işə
qəbul olunan müəllimlər ikinci ixtisas üzrə dərs aparmaları üçün onların həmin
ixtisasdan da mərkəzləşdirilmiş müsabiqədə iştirak etməsi tələb olunur.
1.12.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67
nömrəli Qərarı ilə tənzimlənən həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə
işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin
dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti
təqdim olunmaqla fərdi qaydada Nazirlik tərəfindən baxılır. Həvəsləndirmə tədbirləri
şamil olunan müəllimlərin iş yeri öz istəyi əsasında dəyişdirildikdə, onlara əlavə
güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi dayandırılır.
1.13.Müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı
qaydasında) müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının rəyi nəzərə
alınmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir. Müddətli müqavilə ilə işə
qəbulun nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik işə qəbulun mövcud
qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik üzrə təhsili idarəetmə
orqanlarına təqdim edir. 
1.14. Müəssisələrdə digər kadrların (müəllim köməkçiləri, tərbiyəçilər,
defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоqpedaqоqlar,
məktəb uşaq birliyi təşkilatı rəhbərləri, mühəndis-teхniki, tədris-köməkçi
işçilər, laborantlar, kitabxana müdiri və kitabхanaçılar) işə qəbulu və yerdəyişməsi
tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
1.15. Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər
vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Rayon Dövlət İdarəsi
(şöbəsi) və tabelik üzrə təhsili idarəetmə orqanı ilə razılaşdırılmaqla müəssisə rəhbəri
tərəfindən həyata keçirilir.
1.16. Təhsil sisteminə daxil olan xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi
məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün
xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) müəllimlərin və
digər pedaqoji işçilərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı
əsasında, müəssisə rəhbərləri tərəfindən təşkil olunan müsahibə yolu ilə həyata keçirilir.
1.17. Məhkəmənin qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji
fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər. Həmin
kateqoriyadan olan şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılmırlar.
1.18. İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən
kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud
qanunvericilik və bu Qaydalar əsasında baxılır.
1.19. Tabelik üzrə təhsili idarəetmə orqanları və Nazirliyin birbaşa tabeliyində
olan təhsil müəssisələri il ərzində işə qəbul və işdən azad olunan, iş yerini dəyişən
müəllimlər və digər işçilər, həmçinin yaranan vakant yerlər haqqında məlumatları ən
geci 5 gün müddətinə Nazirliyin proqram təminatına daxil edir. Məlumatların
düzgünlüyünə görə tabelik üzrə təhsili idarəetmə orqanlarının və Nazirliyin birbaşa
tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.






xtehsil


loading...



Həmçinin oxuyun:

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

H/N sənədlər
Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

H/N sənədlər
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

H/N sənədlər
Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Psixoloq
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

H/N sənədlər
Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Direktor
. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

H/N sənədlər
.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Xəbərlər
Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təlim tərbiyə üzrə dr/müavini
Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

H/N sənədlər
Şəhadətnamənin və attestatın verilməsi qaydaları

Şəhadətnamənin və attestatın verilməsi qaydaları

H/N sənədlər
Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

H/N sənədlər
Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Direktor
Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası

Direktor
Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedoqojitəcrübə
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Pedoqojitəcrübə
Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

test

"Təhsil Qanunu"na aid testlər və cavabları

test, Direktor
Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

test, Direktor
“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

Xəbərlər
Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Xəbərlər
DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

test