Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
Əmək müqaviləsinə xitam verilməsinin bir variantı da müddətli əmək müqaviləsinin ləğv olunmasıdır. Əmək məcəlləsinin 73-cü maddəsində (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) yazılır:
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə,lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
Bu fəsildə müddətli əmək müqaviləsinin bağlanılması haqqında geniş məlumat vermişik. İndi isə müqavilələrin ləğv olunması və hansı sənəd- lərlə rəsmiləşdirilməsi hallarını misallarla nəzərdən keçirək. tutaq ki, əmək müqaviləsinin müddəti 31.03.2010-cu ildə başa çatır və həmin tarix həftənin çərşənbə gününə təsadüf edir. İşçi əmək müqaviləsini davam etdirilməsini, işəgötürən isə ləğvini istəyir. Bu zaman işçi müqavilənin davam etdirilməsini istədiyindən Əmək Mə cəlləsinin 73–cü maddəsini əsas götürərək müddət qurtardıqdan sonra, bir həftə ərzində müqavilənin ləğv olunması haqqında məlumat verməməlidir. Ancaq işəgötürən əmək müqaviləsini ləğv etmək istədiyindən  əmr verməlidir.
www.mks.az



Aztest.info





Reklam yeri:

loading...

xtehsil