ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 Beynimdə məndən başqa hamı vardı. Hamının düşüncəsi, hamının deyəcəyi, bəlkə də, heç deməyəcəyi fikirlər. Niyə öz fikirlərim arxada qalmışdı? Fikir... Fikir... Atacağım, bəlkə də, heç atmayacağım addımın ağırlığı. Mənim kimi düşünüb, mənim kimi hərəkət etməyən, fikirlərini inkar edib məni qınayan insanların sözləri. Nəyə görə insanlar çarəsiz qalanda Allaha sığınırlar? Mən də beləydim. Həmişə başqalarının sözüylə qərar verdiyim fikirdən daşınırdım. Nəyisə gözləyirdim. Bəsit, lazımsız, həlli asan işlərin hesabına. Özüm-özümü aldadırdım, bilirəm. Ancaq hərdən bu da insanı ovundurur. Yəni məni.


Bəlkə, Allaha bir az dua edim? Onda mənə yazığı gələr. Bəlkə, qarğış edim? Allah eşidər. Düşünürdüm, mən bu yaşıma kimi nə etmişdim? Dönüb arxamca ilan kimi sürünən illərə baxanda yalnız zəhərini görürdüm. Gözəlliyi, rəngarəngliyi yox idi. Boz, solğun bir yol. Üstündən sanki ağır yük maşınları keçmişdi bu yolun. Batığı, çökəyi, çuxuru-hər şey vardı bu yolda. Qarşımdakı yolu daha gözəl salmalıydım. Güllü-çiçəkli.

Telefonuma gələn mesaj məni düşüncələrdən ayırdı. Əslində bu bir mesaj da deyil, bir qadının həyat tarixçəsi idi. Tanımadığım bir qadının. Məktubun əvvəli belə başlayırdı:
"Çox illər bundan öncə tv-də bir filmə baxmışdım. Qadın həyatını, heç kəsə demədiyi sirlərini bir kağıza yazıb, şüşənin içinə qoyub dənizə atmışdı. Mən də belə etmək istərdim. Sonra düşündüm ki, tanımadığım birinə başqa adla yazmaq və ondan qarşılıq cavab almaq məni daha çox rahatladar. Mən qadınam, həm də çoxdan . Ürəyimdə elə sirlər yatır ki, artıq böyüyüb ağırlıq edir. Danışmaq istəyirəm. Məni anlayaraq dinləyin, xahiş edirəm.”

Məktubun belə anidən gəlməsi məndə maraq yaratdı. Zamanımı ayırıb onunla yazışacaqdım. Bəlkə də, bu mənə Allahın göndərdiyi bir işarə idi. "Özünə acıma, sən çox qadından daha xoşbəxtsən” demək istəyirdi mənə.
Hava tamam gecəlmişdi. Yuxum gəlirdi. Göz qapaqlarımı barmaqlarımla aralayıb, gözümü telefona dikmişdim. "Yazır” sözü on dəqiqədən artıq idi ki, ekranda yellənirdi. Sanki mənə inad edirdi. Nəhayət ki, çoxluğu ilə ekranı tutan məktub gözlərimi telefona zillətdi.

"Mən çox bədbəxtəm. Türklər demiş, öyle-böyle deyil, baya mutsuzam. İnsanın bəxti doğulandan gətirməlidir. Biz qardaşımla körpəlikdən insanlara yük olmuşuq. Qardaşımın ağlamağını, yeməyini, yuxusuzluğunu çəkə bilməyib anam gecəylə bizi evdə atıb çıxıb getmişdi. Əslində bu da bir bəhanə idi. Onsuz da gedəcəkmiş. Bizi atama və nənəmə qoyub qaçmışdı. Həm də başqasına. Atam da bu biabırçılığa dözməyib onu öldürməyə qərar vermişdi. Hərçənd ki bəxti gətirmişdi. Həkimlər ölümün pəncəsindən almışdılar o mələk simalı şeytanı. Arada olan atama və bizə oldu.”

Məktubun ikinci hissəsini oxumağa gecə imkan vermədi. Telefon əlimdə yatıb qalmışdım. Bütün gecə yuxumda Sevinci gördüm. Bu onun qondarma adı idi. Yuxuda belə bu həyat hekayəsini qələmə almışdım. Səhər özümün-özümə hədiyyə etdiyim çiçəyin ətri ayıltdı məni. Gün mənim üçün fərqli başlayacaqdı. Bunu hiss edirdim. Yataqdaca telefonu əlimə alıb məktubu oxumağa başladım.

"Atamı məhbəsə saldılar. Nənəm ağlamaqdan, sızlamaqdan yataqlara düşdü. Qardaşıma mən baxdım. Axı mən də hələ böyüməmişdim. Uşaqlığımı yaşamamışdım. Cəmi on yaşım vardı. Qardaşıma süd vermək, bezlərini dəyişmək lazım idi. Mən bunları necə edim deyə uşaqlıq arzularımı bir kənara atıb, analıq arzularına keçmişdim. On yaşında "ana” olmuşdum. Hərdən bu vəziyyətə o qədər qapılırdım ki, elə hiss edirdim artıq döşlərimə süd gəlir. Özümdə qadın hislərinin oyandığını hiss edirdim. Qadın kimi düşünür, qadın kimi yaşamağa başlayırdım. Həm də övladına ömrünü fəda etmiş "ana”. 

Məktəbdəki dərslərimdən yayındım. "Oğlum”u tapşırmağa adam olmadığı üçün məktəbə gedə bilmirdim. Yemək bişirirdim, ev təmizləyirdim. Hələ deyingən qadın obrazına da keçmişdim. Qardaşımın üstünə qışqırır, təmizlədiyim yerləri dağıtmamağı tapşırırdım. O isə yatanda mənim yanıma gəlir, qucağıma girib mənim qoynumda rahatlıq tapırdı. Gecə durub ona çay hazırlayırdım. Əsl "ana” yəni. Bundan artığı ola bilməzdi.”

Məktub bütün günümü məndən almışdı. İşlərimi görəndə də gözüm telefonda qalmışdı. Sonunu gözləməyə səbrim çatmırdı. Özümdən fərziyyələr yürüdürdüm sonluqla bağlı. Elə sanırdım ki, filmə baxıram. Xəyalımda artıq bu həyat tarixçəsindən əsər yazmışdım. Hətta film də çəkdirmişdim. İşlərimi yenidən yarımçıq qoyub telefona tərəf getdim.

"Nənəm bir az yaxşılaşmışdı. Yavaş-yavaş yatağından durub evin içində gəzişir, uşaq saxlamaqda mənə kömək edirdi. Hərdən məktəbə də gedə bilirdim. Qızlar dərsdən, ya xoşladıqları oğlanlardan danışanda mən yemək bişirməkdən, uşaq yatırmaqdan danışırdım. Artıq dostlarımı da itirmişdim. Heç kəs mənimlə danışmaq istəmirdi. Çox sıxıcıydım. Mən də dostluğu həyətdə uşağını gəzdirən qadınlarda tapırdım. Onlardan yemək tərifləri, uşaq bezindən necə az istifadə etməyin yollarını öyrənirdim. Beləcə zaman irəli, mənsə geri gedirdim.

Bir gün evə məhkəmədən bildiriş gəldi. Anamla atamın boşanması ilə bağlı məhkəməyə çağırış. Atam həbsdə olduğu üçün nənəm, qardaşım və mən getdik. Neçə aylar sonra ilk dəfə idi anamı görürdüm. Məndən daha cavan və qayğısız görünürdü. Bizə tərəf heç baxmadı da. Qardaşım o gedəndən sonra yerimişdi. Bunu heç sezmədi də. Mənim qadınlığımı da duymadı. On yaşlı qadın. Ancaq o çox gözəl idi. Baxımlı. Hər zamankı kimi qamətli, hündürdaban ayaqqabıda. Özünə yeni paltarlar da almışdı. Bir az da kökəlmişdi. Ancaq köklük ona yaman yaraşırdı. Dodaqları da əvvəlkindən daha da qabarıq idi. Çox gözəl idi anam. Yanına qaçmaq, qucaqlayıb ətrini duymaq, saçlarını oxşamaq istəyirdim. Ancaq simasındakı o soyuqluq məni dondurdu. Yanına gedə bilmədim. Sanki salonda hamı səssiz danışırdı. Yalnız dodaqlar tərpənirdi. Mən heç nə duymurdum. Gözüm onun ədasından başqa heç nə görmürdü. Danışanda üzündəki bütün cizgiləri tərpənirdi. Gözü, qaşı, alnı, yanaqları-hərəsi bir cümlə deyirdi. Mətnin sonunda ümüdlərimin nə qədər boş olduğunu anladım. Qardaşıma tərəf heç baxmırdı da. Mən ondan daha çox "ana” idim.

Salona sakitlik çökdü. Hakimin qərarı oxunacaqdı. Diqqətlə qulaq asıb, bu yaşımda hər şeyi anlamağa çalışırdım. " Uşaqların qəyyumluğu anaya verilsin”. Sevinimmi, üzülümmü bilmədim. Bir anın içində xəyal qurdum. Qardaşıma anam baxacaq, işləri anam görəcək, mən də əvvəlki kimi məktəbə gedəcəm. Xəyallarım dağdan ucsuz uçuruma düşdü. "Mənə uşaq lazım deyil. Nənəsi saxlasın. Saxlamır, versin "detdom”a.” Bu sözləri deyib məhkəmə salonunu tərk etdi. Qırıldım, sındım, yox oldum o an. Məhv oldu hər şey gözümdə. O günə kimi ürəyimin ən dərin yerində atamı qınayırdım. O gün anladım ki, körpə dünyaya gətirən hər qadın "ana” olmur. Qadın yuxusuz gecələrdə "analaşır”. Mənim kimi.

Evə gələn gəlir yalnız nənəmin təqaüdü idi. Bizə yetmirdi. Bəzən gecələri mədəmin aclıq səsindən yata bilmirdim. Aclığımı hiss etməmək üçün o qədər su içirdim ki, çarpayıda fırlananda elə sanırdım ki, qarnımda bir qurbağa var. Gölün içində ora-bura tullanır. 

On yaşım olsa da, nənəm atdığı, atacağı addımların hamısını mənimlə məsləhətləşirdi. Uşaq kimi baxmırdı mənə. Mən də ağlımın qəbul etdiyi qədər cavab verirdim. 

Nənəmlə qərarlaşdırdıq ki, evi sataq, daha ucuz , kiçik evə köçüb qalan pulla isə atamı həbsdən çıxardaq. Başımızda bir kişi lazım idi. 

Yaşımdan böyük görünürdüm. Ətli-budlu, boylu-buxunlu idim. Bilmirəm həyat məni belə tez böyütmüşdü, yoxsa...
Nənəm gedib "makler”lə danışmışdı. Evimizə gəlib baxdı, yaxşı da qiymət qoydu. Evlə bərabər mənə də baxmağı unutmadı. Həm də bir qadına baxar kimi. Hər gün yanına özü kimi bığıburma kişiləri salıb "ev almaq istəyən müştəri” adıyla bizə gəlirdi. Gələndə də məni başdan ayağa süzüb iltifat edirdi. O gedəndən sonra öz otağıma keçib, güzgü qarşısında dururdum.

Bədənimin hər yerinə baxırdım. Doğrudanmı mən gözəl idim?
On bir yaşıma yenicə girmişdim. Ancaq əməlli qadına oxşayırdım.”

Saatın necə gec olmasından xəbərsiz idim. Nəfəsimi saxlayaraq gözümü çəkmədən oxuyurdum yazıları. Məktubun sonuna çatmamışdan özümə, həyatıma qarşı nə qədər haqsız olduğumu anlamışdım. "Yazır” sözünün nə zaman itəcəyini səbirsizliklə gözləyirdim. 

"Nəhayət, evimizə gerçək müştəri çıxdı. Dəyərindən çox daha baha qiymətə aldı evimizi. "Makler” bizə çox kömək oldu. Yavaş-yavaş ailəmizin bir üzvünə çevrilməyə başladı. Əvvəllər onun haqda mənfi düşündüyüm üçün hətta hərdən özümü qınayırdım. Evimizi satandan sonra "makler əmi” bizə daha ucuz, münasib, xudmani bir ev tapdı. Yerdə qalan pulla isə atamı həbsdən qurtardıq. O gün evimizdə şənlik idi. Uzun müdət sonra atam aramıza dönmüşdü. Əlimizdə hələ bir az pulumuz da qalmışdı. Atama, özümüzə bir dəst paltar da aldıq. Nənəmlə köməkləşib qəşəng bir süfrə açdıq. Çoxdan belə dadlı, ləziz yeməklər bişirmirdik. Qonaqlar gəldilər. Qonaqlar deyəndə ki, qonum-qonşu. Bizim elə də qohumumuz yox idi. Süfrəmizin ən baş tərəfində "makler əmi” oturmuşdu. Nə də olsa onun köməkliyi ilə atama qovuşmuşduq. Yeni evimizdə səhərəcən dedik-güldük. Həmin gecə o qədər xoşbəxt idim ki, doğulandan, bəlkə, belə xoşbəxt olmamışdım. Ancaq...”

Məktubun sonu yox idi. "Yazır” da yellənmirdi ekranda. Nooldu axı? Bir az gözlədim. Xəbər yox idi. Mətbəxə keçdim. Özümə isti çay gətirib masa arxasına keçdim. Gözüm hey telefonun ekranında idi. Ancaq bir kəlmə belə yazılmırdı. Sabaha qədər gözləməyə qərar verdim. Bəlkə, yazar deyə. Fəqət yox. Başımı telefizorla, ev işləriylə, kitab oxumaqla qatdım. Səhərəcən yatağımda vurnuxdum. Sonda özüm yazmaq qərarına gəldim.

"Salam. Məktubunuza birinci dəfədir qarşılıq verirəm. Tarixçənizi bitirin, lütfən”. Bir neçə dəqiqiə sonra cavab gəldi.
"Bilirsiz, məni tanısanız heç sevməzsiniz. Mən bədbəxt olmaqla bərabər, həm də atamın həyatını məhv edən bir övladam. Əsl anamın qızıyam yəni. Siz də məndən üz döndərəcəksiniz, özüm kimi. Hətta məni təhqir edəcəksiniz. Mən buna layiqəm. Bilirəm. Ancaq artıq dözüm yoxdu. Sizə yazdıqca anladım ki, mən bu həyatda artığam. Yoxluğum hər kəsin acısını bir az dinləndirər. Məktubumu bitirib, həyatla vidalaşacam. İllər keçsə də bu acıyla yaşaya bilmirəm. Daha asan ölümün yolunu da tapmışam.”
Həyəcandan telefonu söndürdüm. Nə edəcəyimi bilmədim. Necə əngəl olum yerini-yurdunu, özünü tanımadığım birinə? Bəlkə də, kimdirsə yalan danışır mənə. Suallar içində idim. Yenidən telefonu yandırdım. Ekranı tamamilə zəbt etmiş məktub çıxdı qarşıma.

"Mən çox uzatmayacam məktubumu. Eşidəcəyim sözlərə hazıram. "Makler əmi” mənimlə yatağa girdi. Bəli, düz oxudunuz. On bir yaşlı mənlə. Həm də mənə təcavüz etmədi. İltifatları ilə saldı məni yatağa. Uzun aylar onunla bərabər oldum. Öz evimizdə həm də. Zamanla ondan uzaqlaşmaq istədim.Yolunu tapmadım. O, evimizin ən sevimli qonağı idi. Kimə nə deyə bilərdim ki? O gün həmin gün idi. Yenə bizə gəlmişdi. Nənəmin nə vaxt işə getdiyini bilirdi. (Nənəm yenidən tibb bacısı peşəsinə dönmüşdü). Mən ona etiraz etdim. Artıq bu mundarlığı davam etdirmək istəmədiyimi dedim. Məni zorla qucağına alıb otağa apardı. Qışqırdım. Çapalayıb özümü çarpayıdan yerə atdım. Mətbəxə qaçdım. Stolun üstündəki özümə yenicə süzdüyüm çayı onun üzünə atdım. O daha da vəhşiyə döndü. Saçımdan tutub məni döyməyə başladı. Gözüm qapının arxasındakı baltaya sataşdı. Əlimi atıb baltanı götürdüm. Var gücümlə onun başına endirdim. Anındaca qan fışqırdı divarlara. Yerə yıxıldı. Mən necə də güclüydüm həmin an. Nə edəcəyimi bilmədim. Ağlaya-ağlaya atama zəng etdim. Atam evə gələndə o mundar artıq cəhənnəmə vasil olmuşdu.

Hər şeyi fərqli danışmağa məcbur oldum. Onunla neçə aydı öz istəyimlə bərabər olduğumu deyə bilmədim.”Mənə təcavüz etdiyi üçün onu öldürdüm” dedim. Bütün bədənim əsirdi. Üşüyürcəsinə titrəyirdim. Atam baltanı əlinə alıb onun başına bir neçə zərbə də endirdi. Beləcə həm ona olan öfkəsini göstərdi, həm də məni qorudu. Gedib polisə təslim oldu atam. Məni isə hamı günahsız, yazıq bir uşaq hesab edir. Bu sirri daha içimdə saxlaya bilmirəm. Tanımadığım birinə danışıb rahatlaşmaq istədim. Vicdanım susmur. Dinləndirmək istədim. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Əlvida...”
Məktub bitdi. Neyləyim? Nəsə edə biləcək gücüm yox idi. Yalnız oxumaq və zavallıya üzülmək vardı. Bəlkə də, indi bir canlı həyatla vidalaşırdı. Bəlkə də, artıq cansız bədəni soyuyub. "Gərək əvvəldən oxumayaydım” deyə düşündüm. Üstümə ağırlıq çökdü. "Bəlkələr” içində qaldım. Həyatın gerçəkləri ilə məni üzləşdirən telefonumu götürüb səssizcə evdən çıxdım.







Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

Xınalığı seçən  gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

Xınalığı seçən gənc müəllim: “Hələ qış qarşıdadır, görək başımıza nə gəlir”

XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Elə bu kənddə müəllimlik fəaliyyətimi davam etdirməyi çox istərdim - Kənd məktəbini seçən Samirə Məmmədli

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

ŞÜUR NƏDİR?  - Şəhriyyə Qəzənfərqızı

ŞÜUR NƏDİR? - Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

GÖYLƏRƏ QALXAN İŞIQ........Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

Siz də OXUYUN ! Qəzada dünyasını dəyişən həyat yoldaşına həsr etdiyi məktub ürək dağlayır

Siz də OXUYUN ! Qəzada dünyasını dəyişən həyat yoldaşına həsr etdiyi məktub ürək dağlayır

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

600 manatlıq dilənçi...Hekayə

600 manatlıq dilənçi...Hekayə

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Mən o zaman uşaq idim...Ağalar  Bayramov

Mən o zaman uşaq idim...Ağalar Bayramov

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

Özünü təhsil eksperti kimi təqdim edən müəllim ifşa edildi

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

İbrətamiz hekayə - Usta

İbrətamiz hekayə - Usta

İbrətamiz hekayə - Daş

İbrətamiz hekayə - Daş

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

“Mama dedi ki, o oğlan öldüyümü bilsin. Başqa heç nə demə və istəmə....

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Su həsrəti (hekayə)    Ağababa İbrahimov

Su həsrəti (hekayə) Ağababa İbrahimov

Ağababa İbrahimov -   Detektivsayağı hekayə

Ağababa İbrahimov - Detektivsayağı hekayə

Məktəb idarəediciləri üçün

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..