banner kodunu buraya yazınız




Dəlidən doğru və gözəl məsləhət... Təsirli hekayə...


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Dəlidən doğru və gözəl məsləhət... Təsirli hekayə...

 


Böyük alim Bəyazid Bistami həzrətləri bir gün dəlixananın yanından keçirdi. Dəlixana xidmətçisinin bir qabda nəyisə döydüyünü görüb, soruşdu:
- Nə edirsən?.
Xidmətçi:
- Bura dəlixanadır, dəlilərə dərman hazırlayıram, - deyə cavab verdi.
Bistami soruşdu:
- Mənim də xəstəliyimə bir dərman tapa bilərsənmi?.
Xidmətçi tərəddüd etmədən düdi:
- "Taparam”.
Ancaq xəstəliyinin nə olduğunu hələ soruşmamışdı. Xidmətçi soruşdu:
- "Xəstəliyin nədir?”.
Bistami dedi:
- Mənim xəstəliyimin adı günahdır. Çox günah işləyirəm. Əgər bilirsənsə, mənə bir dərman de,.
Xidmətçinin dili dolaşdı və cavab verdi:
- Mənim günah xəstəliyindən başım çıxmır. Mən ancaq dəlilərə dərman hazırlayıram.
Elə bu vaxt dəlixananın dəmir barmaqlıqları arasından onlara qulaq asan bir dəli Bistamiyə dedi:
- Mən sənin xəstəliyinin dərmanını bilirəm.
Bistami dedi:
- De görüm, dərdimin dərmanı nədir?
Dəli dedi:
- Tövbə kökü ilə peşmanlıq yarpağını qarışdır. Qəlb həvəngində iman həvəngdəstəsi ilə döy, insaf ələyindən keçirib göz yaşı ilə yoğur, sonra da eşq təndirində bişirib, hər səhər-axşam bol-bol ye. Onda sənin xəstəliyindən əsər-əlamət qalmaz...
Bu gözəl dərmanı öyrənən Bistami:
- Ey gidi dünya! Demək, sənə də dəli deyənlər var, - dedi və oradan uzaqlaşdı. Ondan sonra Bəyazid Bistami günah xəstəliyinə tutulanlara həmişə bu "dərmanı” tövsiyə edirdi...
Əsma Nur




loading...

xtehsil


loading...





ILK-10 Aztehsil play market