TƏHSIL MÜƏSSƏSƏLƏRİNDƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN İDARƏ EDİLMƏSİNİN MAHİYYƏTİ VƏ TƏŞKİLİ


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 TƏHSIL   MÜƏSSƏSƏLƏRİNDƏ     TƏLİM-TƏRBİYƏ    İŞLƏRİNİN   İDARƏ EDİLMƏSİNİN  MAHİYYƏTİ  VƏ  TƏŞKİLİ

 


Azərbaycan Respublikasında təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, praktik hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq; soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan və mədəni dəyərlərinə dərindən yiyələnən, onu daim inkişaf etdirən, ailəsini, vətənini ,millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın, ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirə bilməkdir. Məktəbdə gedən yeniləşmələr onun idarəetmə funksiylarının ciddi surətdə dəyişdirilməsini tələb edir.
 
Pedaqoji şəraiti elmi cəhətdən qiymətləndirmək, təlim-tərbiyənin gələcəyini əvvəlcədən duymaq, işdə əsas məsələləri düzgün seçmək, gündəlik işləri vaxtında icra etmək əsas məsələ kimi qarşıda durur. Müasir məktəbə bir-birilə qarşılıqlı surətdə əlaqədar hissələrdən ibarət bütöv bir sosial pedaqoji system kimi baxılmalıdır, bu sistem məktəbin daxilində təşkil olunmuşdur və xarici mühitlə də müəyyən əlaqəyə malikdir.
 
Məktəbdə idarə edən və idarə olunan kimi iki yarım-sistem qarşılıqlı surətdə əlaqədardır. Məktəbin rəhbərlərini və pedaqoji kollektivi birləşdirən idarəedici yarımsistem aparıcı rol oynayır. şagirdlər və onların təşkilatları isə idarə olunan sistemə aiddirlər.İdarə etmək nədir? Bu suala müxtəlif cavablar verilir və mahiyyət etibarı ilə hamısı müəyyən fikri ifadə edir. Fikrimizcə, idarə etmək – məktəbin daxilində başverən mürəkkəb prosesləri və münasibətləri (pedaqoji prosesləri, təşkilat proseslərini və metodik prosesləri) şüurlu surətdə tənzimləmək deməkdir.
 
Məktəb təcrübəsində idarəetmə peda-qoji fəaliyyətin dövrəsi olan dərs ili ərzində həyata keçirilir. İdarəetmə dövrəsi aşağıdakı mərhələlərdən ibarətdir: 

– birinci mərhələ – pedaqoji məntiqlə əsaslandırılmış olan məqsədin irəli sürülməsidir;

– ikinci mərhələ – idarə edilən obyektin ilk vəziyyətini hərtərəfli öyrənib müəyyənləşdirməkdir;

– üçüncü mərhələ – əldə olunmuş məlumat əsasında planlaşdırma işi aparmaqdır;

– dördüncü mərhələ–pedaqoji təsirin təşkilindən və müntəzəm əks-əlaqələrin yaradılmasından, yəni idarə olunan obyektdən müəyyən parametrlər üzrə müntəzəm şəkildə məlumat almaqdan ibarətdir;

– beşinci mərhələ – sonra göstəriləcək təsirləri operativ şəkildə təshih etmək məqsədilə obyektdən gələn məlumatı təhlil edib qiymət-ləndirməkdən ibarətdir. İdarəetmənin obyektiv imkanı subyektiv amildən asılıdır, yəni pedaqoji kollektivin rəhbər rolundan düzgün istifadə edildikdə əməli gerçəkliyə çevrilə bilər. Deməli, idarəetmə dövrəsinin əsası əməli rəhbərlik sayılır.
 
«Azərbaycan Respublikasının təhsil qanunu» pedaqoji kollektivin bütün fəaliyyətində əsas götürülməlidir. Məqsədyönlük, prinsipiallıq və konkretlik rəhbərlikdə əsas xətt hesab edilir. Rəhbərliyin təlim-tərbiyə işlərinin idarə olunmasında iştirakı müəllimlər, valideynlər, şagirdlər tərəfindən daim hiss olunmalıdır. Rəhbərlikdə o vaxt irəliləyiş olur ki, təcrübə ilə dərin biliyi birləşdirən peşəkarlıq səriştəsi əsas götürülsün.
 
Müasir şəraitdə təlim-tərbiyəni idarə etmək üçün fiziologiya, psixologiya, pedaqogikanın elmi əsaslarını bilmək, tədris proqramlarında istifadə edilən ideyaları başa düşmək, müəllimlərin təcrübəsində mütərəqqi təşəbbüsləri görmək və buna tərəfdar çıxmaq ön plana çəkilməlidir. Burada real şəraitin nəzərə alınması mürəkkəb pedaqoji məsələləri yaradıcılıqla həll edə bilər.İdarəetmədə nəzarət ili icranı yoxlamağın rolu böyükdür.
 
Pedaqoji fəaliyyət, xüsusən Azərbaycanın müstəqilliyi şəraitində məktəblilərin inkişafı, bütövlükdə götürüldükdə ağır və çox məsul işdir. Ona görə də idarəetmə prosesində özünə və iş yoldaşlarına qarşı tələbkarlıq əsas götürülməklə demokratiklik, humanistlik unudulmamalıdır. Fəaliyyət prosesinə təkidlə, vaxtında nəzarət etmək, sistemin bütün cəhətlərini əhatə etmək, mövcud olan müxtəlif formalardan istifadə edilməlidir.
 
İdarəetmə məharəti öz ifadəsini adamlarla ünsiyyət yaratmaq bacarığında tapır. Pedaqoji kollektiv, şagirdlər, valideynlər və digər işçilər diqqətli, xeyirxah, ədalətli və nəzakətli rəhbərə inanır və onun ardınca həvəslə gedirlər. Məktəb rəhbəri fəaliyyətində iki əsas vəzifəni yerinə yetirir: onun şəxsiyyəti şagirdlərə və iş yoldaşlarına tərbiyələndirici təsir göstərir. O, işdə adamlara şəxsi nümunədir. Rəhbərin müsbət keyfiyyətlərinin, təşkilatçılıq  qabiliyyətinin etiraf edilməsi və hörmətlə qarşılanması onun nüfuzunu artırır, şəxsiyyətinə layiq yüksək etibar qazandırır.
 
Pedaqoji prosesin təkmilləşdirilməsi fəaliyyətinə idarəetmənin təşkilatı funksiyası, təşkilatçılıq əməyi kimi baxmaq lazımdır. Nəzərdə tutulmuş proqramın – (məktəbin iş planı) vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün işin tənzimlənməsindən çox şey asılıdır. Pedaqoji prosesi yeni keyfiyyətli vəziyyətə gətirmək, şagirdləri möhkəm və dərin biliklərlə, eləcə də bacarıq və vərdişlərlə silahlandırmaq, onları əməyə hazırlamaq, ideya-siyasi, mənəvi, estetik və fiziki inkişafını yaxşılaşdırmaq üçün geniş iş aparılır. Burada şagirdlərin təhsil və əmək fəaliyyətində məsuliyyətinin artırılması, onların ümumi fəallığının gücləndirilməsi, şagird kollektivinin özünüidarəsinin inkişaf etdirilməsi vacib sayılır.
 
İdarəetmənin məqsəd və vəzifələri İdarəetmə fəaliyyətinin təşkilində aşağıdakı məsələlərin həlli nəzərdə tutulur:

– İdarəetmənin quruluşunun müəyyənləşdirilməsi;

– hər dövr üçün quruluş, məzmun və funksional komponentlərin ayrılması;

– idarəetmənin bütün dövrlərində işdə olan çətinlikləri aradan qaldırmaq üçün qarşılıqlı fəaliyyətin təşkil edilməsi;

– pedaqoji və şagird kollektivləri səviyyəsində idarəetmə bacarığının öyrənilib həyata keçirilməsi;

– əks-əlaqə, koordinasiya və idarəetmədə münasibətlərin yaradılması.

İdarəetmənin təşkili dedikdə rəhbərliyin məktəb daxilində həyata keçirməli olduğu sahələri nəzərdə tutmaq lazım gəlir. Məktəb direktorunun təşkilati işdə aparıcı rolu ondan ibarət olur ki, o, müəllimləri, şagird və valideyn kollektivini və ayrı-ayrı şagirdləri idarəetməyə cəlb edir, kollektivin fəaliyyətində bir sistem yaradır. Məktəb rəhbərindən dərin nəzəri biliyə, təşkilatçılıq bacarığına, kollektivdə müəyyən psixoloji mühit yaratmağa malik olması tələb olunur. İdarəetmənin təşkilində siyasi tərbiyə, tədris, təlimati –metodik təşkilatçılıq və təsərrüfatçılıq fəaliyyətinə diqqət yetirilir.
 
Təşkilatçılıq işində məktəbin kadrların seçilib yerləşdirilməsi, pedaqoji kollektiv arasında təlim-tərbiyə və ictimai tapşırıqların dəqiqləşdirilməsi, özfəaliyyət orqanları və şagirdlərin yaradıcı birliklərinin işinin təşkili, pedaqoji kadrların yüksək işgüzarlığını təmin etmək üçün şəraitin yaradılması, optimal rejimin təmin olunması, ümumməktəb kollektivinin dəqiq və mürəkkəb iş ritminin qaydaya salınması, işçilərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi kimi aktual məsələlər öz əksini tapır. şəxsiyyətə kollektiv və ictimai təşkilatların təsirinin təşkili, əmək intizamını möhkəmləndirməyə, məktəbdə məsuliyyət hissini artırmağa, rəhbərlik qarşısında hesabat verməyə və təcrübə mübadiləsi aparmağa geniş imkan verir.
 
Məktəb rəhbərlərinin əsas keyfiyyətlərindən biri odur ki, özünü təkmilləşdirə bilsin, təkmilləşmiş rəhbər müəllim və şagird kollektivini səfərbər edib, pedaqoji prosesin təkmilləşdirilməsi məsələlərini həll edə bilməz. İdarəetmənin təşkilində təsir müxtəlif xarakterdə olur: tabeçilikdəki işçinin öz iş dairəsi və onun vəzifələri haqqında məlumatlandırılmasında işçinin arzusunun öyrənilməsi, etdiyi hərəkətə inamın yaradılması, intellektuallıq və emosionallığa zəmin hazırlanması, kollektivin üzvləri arasında yüksək fəaliyyətin təşkili və ruh düzgünlüyünün aradan qaldırılması və s.
 
İdarəetmənin quruluşu Pedaqoji prosesin idarə edilməsində bütün iştirakçılar öz işləri üçün məsuliyyət daşıyır və özündənyüksək pillədə olanlar qarşısında hesabat verir. İdarəetmə fəaliyyəti aşağıdakı pillələr üzrə təşkil olunur:

– birinci pillə – məktəb direktoru;

– ikinci pillə–təlim-tərbiyə işləri üzrə müavinlər, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı;

– üçüncü pillə–pedaqoji kollektivin ictimai təşkilatları və kollegial idarəetmə orqanları;

– dördüncü pillə–müəllimlər, tərbiyəçilər və sinif rəhbərləri;

– beşinci pillə–müəllimlər və şagirdlər.

Xüsusilə, yuxarı sinif şagirdləri, birgə fəaliyyət göstərən orqanlar (pedaqoji və şagird kollektivinin birgə şurası, məktəbdə keçirilən xətt, müxtəlif komissiya və şuraların işi və s. );

– altıncı pillə-şagird kollektivi, gənclər və uşaq birlikləri, şagird özünüidarə orqanları;

– yeddinci pillə – şagird kollektivin bir üzvü kimi; Tərbiyə edənlə, tərbiyə olunanın idarəetmədə birgə fəaliyyəti məktəblinin sosial çərçivədə təcrübəsini genişləndirir, məktəbdaxili pozitiv münasibətləri formalaşdırmağa kömək edir, həlledici mərhələlərdə öz fikrini deməyə imkan verir, müəllimlərlə ittifaq yaratmağa, onların yaxın köməkçisi olmağa istiqamətləndirir. Buna görə də müəllim və şagird idarəetmə orqanlarının birgə qərarının lazımlı, obyektiv və təxirəsalınmaz olması zərurəti meydana gəlir.
 
Məktəbi idarəetmənin məqsədi, onun strukturuna daxil olan sahələrin işinin məzmunu ilə bağlı olub, hər bir konkret şərait üçün müəyyənləşdirilir. Bunun üçün struktura daxil olan sahələrin hər birində mövcud vəziyyəti aşkara çıxarmaq, müəyyənləşdirmək və bunların nəticələrinə əsasən işi daha da təkmilləşdirmək, yaxşılaşdırmaq, onun səmərə və keyfiyyətini yüksəltmək üçün tədbirlər hazırlamaq daha əhəmiyyətli olur.
 
Hər bir sahə üzrə konkret məqsəd müəyyənləşdirmək tələb olunur. Məsələn, dərsin müzakirəsi müxtəlif məqsədlərlə aparıla bilər, müəllim fəaliyyətini öyrənmək, şagirdlərin bilik keyfiyyətini müəyyənləşdirmək, dərsdə seçilmiş metodların məqsədə uyğunluğu, istedadlı şagirdlərlə aparılan iş, əyani və texniki vasitədən istifadə və s. bu prosesdə fənlərin xüsusiyyətlərini nəzərə almaqla metodbirləşmələrdə hər bir müəllimin qarşısında qoyulan vəzifəni konkretləşdirmək və detallaşdırmaq üçün istiqamət verilir.
 
İdarəetmənin təşkilində şagird kollektivinin fəaliyyəti möhkəm və dərin biliyə yiyələnməyə, şagirdlərin şüurlu fəaliyyətini inkişaf etdirməyə, müstəqil biliyini artırmağına stimul yaratmağa istiqamətləndirilir. İdarəetmənin təşkilində valideynlər də kənarda qalmır. Onlar pedaqoji praktikumlar vaxtı ev tapşırıqlarını necə yerinə yetirmək qaydasını öyrənir və öz uşaqlarına bu sahədə kömək edirlər. Məktəb rəhbərinin vəzifəsi idarəetmənin təşkilindəki bütün iştirakçıların fəaliyyətini müəyyənləşdirmək, işlərini stimullaşdırmaq üçün şərait yaratmaq, fərdi-psixoloji fəaliyyəti düzgün qiymətləndirmək üçün üfüqi və şaquli istiqamətlərdə hərəkət etməkdən ibarətdir.
 
Pedaqoji prosesin təkmilləşdirilməsi, səmərəli yollar, metodlar və vasitələr axtarmaqda kollektivin yaradıcı düşünməsi üçün stimul yaratmağın da əhəmiyyəti çoxdur. Bütün bunları əmr, sərəncam və göstərişlərlə həyata keçirmək çətindir. Buna görə məktəb rəhbərinin təşkilatçılıq bacarığından çox şey asılıdır. İdarəetmədə iştirak edənlərin başqasına hörmətlə yanaşmağı, onlarla yarışa girməyi, öz işinə yaradıcı münasibət bəsləməsinə inandırmağı, kollektivdə yaradıcı atmosferə imkan verməyi əsas amillərdəndir.
 
Təşkilati iş idarəetmədə iştirak edənlər üçün konstruktiv və metodik alət olmaqla mərhələlər üzrə həyata keçirilir. Birinci mərhələ – müəllimlərin yaradıcı qrupları ilə fəaliyyətin modeli işlənir, ümumməktəb planındakı təlim və tərbiyə məsələlərinin aktual problemləri həll edilir. Bu, struktur sxem şəklində hazırlanır, bütün fəaliyyəti sistemləşdirir, həm də bir müəllim və tərbiyəçinin işinin planlaşdırılması, verilən tapşırığın həyata keçirilməsi üçün əyani təsəvvür yaradır. Sxemdə göstərilmiş elementlər arasında qarşılıqlı bağlılığın vahidliyi, optimallığı pozularsa, bu bütün təhsil sisteminin ritminə təsir göstərir.
 
Məktəbdə fəaliyyət göstərən özünüidarə sisteminin quruluş sxemi, məzmun və funksional komponentlərin qarşılıqdı əlaqəsi nəzərə alınmaqla hazırlanır. Burada şagird kollektivinin inkişaf səviyyəsi nəzərə alınır. Sxem müəllim və şagirdlərin şagird özünüidarəsinin nəzəri və metodik əsaslarını öyrənməsi üçün məqsədyönlü iş aparmasında düzgün istiqamət verir, özünüidarə orqanlarında və onun təşkili formasının inkişaf etdirilməsində mürəkkəbliyi aradan qaldırır. Həm də sxem müəllim və şagird kollektivinin işgüzar və yaradıcı şəkildə əlaqəli işləmələri üçün inkişaf proqramı olur.
 
Məktəbdə kollektivdə olan münasibətin inkişaf səviyyəsindən asılı olaraq belə nəticə çıxarmaq olur ki, hər bir məktəbin təşkilati işində verilmiş sxemdən diferensial şəkildə istifadə etmək lazım gəlir. Birinci və ikinci pillələrdə – pedaqoji tələb, təlimat göstərmək, inam və çalışma, üçüncü və dördüncü pillədə ictimai rəy qarşılıqlı maariflənmə, diskussiya kimi metodlardan istifadə etmək, kollektivin təşkilatçılıq işinin inkişafına xeyir verə bilər. Bu məsələlər məktəb rəhbərinin şagirdlərin tərbiyə işinin təşkilindəki fəaliyyətində diqqət mərkəzində olmalıdır.
 
Birinci mərhələdə idarəetmənin təşkilinin quruluş sxemi, pedaqoji prosesdə məktəb kollektivinin hamısı cəlb edilməklə fəaliyyətə başlamağa istiqamət verir. Bu mərhələdə idarəetmə fəaliyyətində yaradıcı müəllimlər qrupu komplektləşdirilir.
 
Belə müəllimlərdə öz işini sevmək və nəzəri cəhətdən hazırlıqlı olmaq, pedaqoji təsirin mahiyyətini dərk etmək işində düzgün istiqamət götürmək, axtarıcılıq həvəsi oyatmaq, pedaqoji məsələlərin həllində səmərəli forma və metodlar axtarmaq, kollektivdə müsbət mənada psixoloji mühit yaratmaq, bütün başlanmış əhəmiyyətli işi müdafiə etmək kimi keyfiyyətlər formalaşır. Bu sxem həm də işin yerinə yetirilməsində müəllimləri təlimatlandırır.
 
İkinci mərhələdə – işlənmiş modeli özündə əks etdirir. İdarəetmə fəaliyyətində müxtəlif forma və metodlar dəqiqliyi ilə verilir. Nə ediləcək, hansı yollarla və hansı müddətə? Məktəb rəhbərləri ilə pedaqoji kollektiv,  pedaqoji kollektivlə şagird kollektivi, müəllimlərlə valideynlər, uşaq və gənclər birlikləri, şagird kollektivi,əlaqə sistemi yaradır.

İkinci mərhələdə istehsalat müşavirələri, məktəb şurası, pedaqoji şura və s. orqanların qərarları vaxtaşırı olaraq pedaqoji kollektivin fəaliyyəti planlaşdırılarkən işlənmiş proqram olur.
 
Burada bir çox məsələlər öz əksini tapır:

– icraçıların seçilməsi;

– əməyin rasional forma və metodlarının müəyyənləşdirilməsi;

– ictimai təşkilatların təşəbbüskar fəaliyyəti və s. Məktəb rəhbəri bu məsələlərin həllində hər bir təklifi irəli sürən kollektivin funksiyasını, onların imkanlarını yaxşı bilməklə onlar arasında işin düzgün bölüşdürülməsinə nail olmalıdır. Bütün müəllimlər arasında bölünmüş tapşırıqlar məşğuliyyətinə görə həcmcə bərabər olmalıdır. Onlardan birini çox yükləyib, digərinə isə az iş tapşırmaq olmaz.

Üçüncü mərhələ – təşkilatçılıq işi müəllim, şagird və valideynləri işlənmiş proqramı yerinə yetirməyə səfərbər etməkdən asılıdır. Burada idarəetmə funksiyası çoxsahəli və məsuliyyətlidir, onun mexanizmi çox mürəkkəbdir. İşin səviyyəsinin müxtəlifliyi, tərbiyə edənin və tərbiyə olunanın ictimai fəallığının xüsusiyyətlərini nəzərə alaraq müxtəlif metod və vasitələrdən istifadə etməklə onların davranış və fəaliyyətini tənzim etmək lazım gəlir.
 
Bu mərhələdə idarəetmə fəaliyyətinin mahiyyəti ondan ibarətdir ki, məktəbdə kollektivin hər bir üzvü üçün ona tapşırılan işi lazımi səviyyədə yerinə yetirməsinə şərait yaradılsın:

– yerinə yetirilən işin məzmunu və metodu ilə əlaqədar aydın təlimat vermək:

– idarəetmənin bütün pillələrinin fəaliyyəti ilə razılığın əldə olunmasını təmin etmək;

– hər bir əməkdaşın işi ilə daim maraqlanmaq, işinə görə onun əməyini qiymətləndirmək;

– idarəetmədə iştirak edənlərin fəaliyyətini stimullaşdırmaq, onlara yaradıcı münasibət;

– işdə istifadə olunmamış ehtiyatların tapılması;

– verilmiş hər bir tapşırığın yerinə yetirilməsini müşahidə etmək və onun həyata keçirilməsinə nail olmaq.

  Təşkilatçılıq işinin yuxarıda göstərilən quruluş sxemi əsasında planlaşdırılmış iş dəqiq, tam, konkret və aydın şəkildə olur. İdarəetmənin təşkili ilə əlaqədar olan quruluş sxemi ilə fəaliyyətin planlaşdırılması, onun vahid nəzəri və praktik məsələlərinə əməl olunması:

– təşkil olunmuş prosesin mahiyyətini dərindən dərk etməyə kömək edir;

– kollektivdə təşəbbüskarlıq və yaradıcılıq meydana gəlir;

– müəllimlərin yaxşı öyrənmək və tətbiq etmək imkanlarını genişləndirir;

– pedaqoji kollektivin özlərinin imkan və bacarıqlarını aşkara çıxarır.

Məsələn, müəllimlərdən biri yaxşı rəsm çəkir, digəri idmançıdır, başqası musiqini yaxşı bilir, başqa birisi tikməyi və toxumağı bacarır və s. beləliklə, onların hər birinin bacarığının müvafiq təşkilati tədbirlərə cəlb olunmasına imkan yaranır. Bunu məktəbin pedaqoji kollektivi dəqiq bilir ki, onlara tapşırılmış hər hansı təşkilati işin yerinə yetirilməsi haqda hesabat verəcəklər. Müəllimlərə ictimai iş verilərkən məktəb həmkarlar təşkilatının razılığı alınır. Müəllimlərin öz arzuları nəzərə alınmaqla pedaqoji şurada təsdiq olunur. Məktəbin, demək olar ki, bütün müəllimləri belə təşkilati işə  cəlb olunur. Onların hər biri hesab edir ki, ictimaiyyət üçün xeyir verə bilər.
 
Bütün bunlar təşəbbüskarlığı stimullaşdırır, yaradıcılıq atmosferi təşkil edir, şagirdlərin özfəaliyyət və müstəqilliyinə kömək edir, onları kollektivçiliyə öyrədir. Onlar məktəbdə özlərini gənc vətəndaş hiss edir ki, bu da məktəbdə yüksək mənəvipsixoloji mühit yaradır. İdarəetmənin təşkili müəllim və şagird kollektivinin fəaliyyətinin hansı üsulla öyrənilməsi səviyyəsindən çox asılıdır. Bu asılılıq idarəetmənin quruluş sxemində öz əksini tapır.
 
Bu quruluş sxemində məktəb rəhbərinin idarəetmə fəaliyyəti vurğulanır.

– məktəb rəhbəri kollektivin işinə analitik qiymət verməyi bacarsın;

– təlim-tərbiyənin konkret məsələlərində müəllimin fəaliyyətindəki psixoloji halları dərk etsin;

– kollektivinin səviyyəsinin inkişaf etməsinin dəstəkləsin;

– idarəetmədə təcrübəsi, biliyi, təsiretmə və s. kimi şəxsi ehtiyatlardan istifadə etsin. Göstərilən strukturu, məzmunlu və funksional kompo-nentlərin təşkili məktəbdaxili idarəetmənin əsasını təşkil edir.




Aztest.info





Reklam yeri:

loading...

xtehsil





Həmçinin oxuyun:

PEDAQOJI   ŞURA  VƏ  DİREKTORYANI   MÜŞAVİRƏ  VASİTƏSİLƏ   TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ   RƏHBƏRLİK

PEDAQOJI ŞURA VƏ DİREKTORYANI MÜŞAVİRƏ VASİTƏSİLƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNƏ RƏHBƏRLİK

İdarəetmə qərarlarının hazırlanması,qəbul edilməsi,həyata keçirlənməsi qaydaları...

İdarəetmə qərarlarının hazırlanması,qəbul edilməsi,həyata keçirlənməsi qaydaları...

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

İDARƏETMƏ METODLARI

İDARƏETMƏ METODLARI

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Müəllim  pedaqoji  fəalliyətlə  peşəkarcasına  məşğul olan  insandır

Müəllim pedaqoji fəalliyətlə peşəkarcasına məşğul olan insandır

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........