Direktor olmaq istəyənlər .......Liderlik nədir ?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN -Liderlik nədir?-
Liderlik seçilmiş insanlara verilmiş bir medal deyil, o içimizdəki bir seçimdir. Liderlik öz-özünə inkişaf etməz, istək, məşğuliyyət və zəhmət nəticəsində ortaya çıxar.

İnsanları illərdir düşündürən bir fikir vardır: lider doğulur yoxsa lider olunur?

Bu sualı cavablandırmağa çalışaq. Təbii ki, liderlik geni daşıyan insanlar dünyaya gəlir. Onlar hələ uşaq yaşlarında ikən öz dostları arasında "liderliyini” təbliğ etməyə başlayır, bu öz növbəsində məktəb, universitet və iş həyatlarına qədər davam edir. Tarix boyu belə insanlar olmuşlar. Hamımızın bildiyi kimi krallar, zadəgənlar habelə Osmanlı şahzədələri liderlik ruhu ilə böyüyüb bir sıra təlimlər keçmişdir. Eyni zamanda bizə son dərəcə aydındır ki, onların hamısı liderlik zirvəsinə çata bilməmişlər. Burada bu sual yenə ortaya çıxır: lider doğulur yoxsa lider olunur?

Lider olunur!

Hər insanın daxilində bir xəzinə yatır. Kimilərin daha dərində kimilərində isə daha üstdə. Üstdə olan xəzinəni hamı ortaya çıxara bilər. Əsl bacarıq dərində olanı tapmaqdır. Bunun üçün hər zaman əlimizə xəzinəyə çatmaq üçün xəritə verilmir, parçaları birləşdirib tam bir xəritə əldə edib, xəritə üzrə düzgün hərəkət edib, o sonsuz xəzinəyə çata bilərik.

Bir Xəzinə misalında təsəvvür edin ki, qarşınıza – pul, status, enerji və vaxt qoyulub. Sizdən bunları uğur qazanmaq yolunda əhəmiyyət dərəcəsi üzrə ən çoxdan az lazım olana düzməyiniz istənilir. Əgər pul, status, enerji və vaxt kimi sıralamağı düşünürsünüzsə bu müvəffəqiyyət yolunda atılmış səhv addımdır. Daha uyğun olanı, vaxt, enerji, status və puldur. Yəni ilk öncə vaxtınızı, zamanınızı ortaya qoymalısınız. Bu müddətdə enerjinizdən maksimum istifadə etməlisiniz. Bunları bu şəkildə davam etdiyinizdə uğurlu bir status qazanmış, cəmiyyətdəki sosial rolunuzu müəyyənləşdirmiş olursunuz. Sonra isə pul məsələsi həll olunur. Unutmaq lazım deyil ki, pul qazanmağın bir çox üsulları vardır və o üsullar sizdən böyük tələblər istəyir. Lider olub çox pul qazanmaq isə sizdən yalnızca vaxt və enerjinizi tələb edir.

Cəsarət bir varlıqdır, cəsur olmaq isə var olmaqdır. Cəsur olub, istədiklərinin ardınca getməyi bacaran hər insan liderdir. Çalışın hamı kimi olmayın, kiməsə bənzəməyə çalışmayın. Nə edirsinizsə onu özünüz kimi, öz imzanızı ataraq edin. Ən əsası isə hər zaman özünüzə inanın. Belə bir misal vardır "niyyətin hara mənzilin ora”.

Fəxriyyə Nəsirzadə




loading...

xtehsil


loading...



Həmçinin oxuyun:

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Psixoloq, Direktor
Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Psixoloq, Direktor
Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Xəbərlər
Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

test, Direktor
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Xəbərlər
Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

H/N sənədlər
Məktəb idarəediciləri üçün

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Psixoloq, Sinif rəhbəri
181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Xəbərlər
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Xəbərlər
Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri
Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

test, MÜƏLLİM
Direktor olmaq istəyənlər üçün   -  Maliyyədən testlər .....

Direktor olmaq istəyənlər üçün - Maliyyədən testlər .....

test, Direktor
Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbəri
Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbəri
MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

MÜDİRLƏ LİDER ARASINDA 10 FƏRQ--DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN

Direktor
Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideyn
DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

test
REDAKTOR
Sullarınız olsa yazın


ILK-10 Aztehsil play market