Direktor
31 may 2016
20 699


İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

. İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləriİdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri
İdarəetmə çoxcəhətli bir prosesi əhatə edir. O, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqədardır. Çünki hər bir idarəetmə mərhələsi nəticə etibarilə insanların fəaliyyətinin nizamlanması, qaydaya salınması, kiçik və böyük kollektivlərin idarə olunması,
bu isə istehsal, əmək kooperasiyasının həyata keçirilməsi, habelə canlı əməklə istehsal vasitələrinin müəyyən qaydada əlaqən-dirilməsi ilə bağlıdır.Hər bir elmin predmeti olduğu kimi idarəetmə elminin də öz predmeti vardır. Aydındır ki, elmin məzmunu onun predmetindən daha genişdir. Qeyd edək ki, idarəetmə elminin məzmunu aşağıdakılardan ibarətdir:
  •  idarəetmə nəzəriyyəsi;
  •  idarəetmə metodları;
  •  idarəetmənin təşkili;
  •  idarəetmə texnikası.
Bu bölmələrin hər biri öz növbəsində bir sıra idarəetmə məsələlərindən ibarətdir. Lakin bu fənnin məğzi əsasən idarəetmə fəaliyyəti və münasibətlərindən ibarətdir. İdarəetmə münasibətlərinin məzmunu və xarakteri hər bir ictimai-iqtisadi formasiyanın
qanunları, prinsipləri ilə müəyyən olunur. Sosial ədalət prinsipinin həyata keçirilməsində idarəetmə münasibətləri mühüm rol oynayır. Müasir dövrdə yeni tipli iqtisadi təfəkkürün formalaşması və inkişafına böyük əhəmiyyət vermək lazımdır.
Başqa elm sahələri kimi idarəetmə elmi də dünyagörüşün yaranmasında fəal rol oynamalıdır.Çünki bu elmin problemləri, müddəaları müasir dövrdə ön plana keçmişdir.
İdarəetmə sahəsində insani münasibətlər məktəbinin yaranması və inkişafında ən böyük xidməti olan iki alimi - Amerikan sosioloqu Meri Parker Follett (1868-1933) və Amerikan psixoloq və sosioloqu Elton Meyonu (1880-1949) göstərmək olar.
Elmi idarəetmə Amerika alimləri Frenk Qilbret (1868-1924), Liliya Qilbret (1878-1972),Amerika mühəndis-mexanikləri F.U.Teylor (1856-1915) və Henri Hanttın(1861-1919) işləri ilə daha çox bağlıdır. Bu məktəbin yaradıcıları hesab edirdilər ki, müşahidə, ölçmə, məntiq və təhlildən istifadə etməklə bir çox əl əməyini təkmilləşdirmək olar və elə etmək olar ki, bu işlər daha səmərəli görülsün. Əlbəttə ki, təşkilatın məqsədinə səmərəli nail olmaqdan ötrü onu sistemli şəkildə idarə etmək olar.Bu konsepsiya özünün inkişafını tarixin uzun bir mərhələsində - XIX əsrin ortalarından XX əsrin 20-ci illərinə qədər keçmişdir.
Adamlar arasında olan qarşılıqlı əlaqələr zamanı yaranan münasibətlər çox vaxt rəhbərlərin səylərini üstələyir. Bəzən işçilər, rəhbərlərin istək və maddi stimullarına rəğmən öz qruplarındakı iş yoldaşlarının istəklərinə daha üstün reaksiya verirlər.
Görkəmli amerikalı psixoloqu Abraham Maslou (1908-1970) və başqa psixoloqların da tədqiqatları bu hadisənin səbəblərini başa düşməyə imkan verdi. A.Maslouya görə adamların işə münasibətləri və hərəkətləri, heç də pulun köməyi ilə qismən yerinə yetirilə bilən yalnız iqtisadi maraqlarla yox, həm də müxtəlif tələbatlarla bağlıdır. Bu nəticələrə əsaslanaraq davranış məktəbin tədqiqatçıları hesab edirdilər ki, əgər rəhbərlik öz işçilərinə çox qayğı göstərirsə, onda onların razılığının səviyyəsi artar, bu isə məhsuldarlığın artmasına gətirib çıxarar. Onlar insan münasibətlərinin idarə edilməsi üsullarından istifadə etməyi məsləhət görürdülər. Bu üsullardan birbaşa rəhbərlərin daha effektiv hərəkət etmələri, işçilərlə məsləhətləşmələr və onlara bir-biri ilə əlaqə yaratmaq üçün daha geniş imkanlar verməyi göstərmək olar .
Davranış məktəbinin baniləri, əsas etibarı ilə şəxslər arasında münasibətlərin yaradılması metodlarına diqqət yetirməklə, insani münasibətlər məktəbini daha çox zənginləşdirdilər. Yeni yanaşma, əsasən təşkilatların qurulması və idarə edilməsində
davranış konsepsiyalarının tətbiqi ilə şəxsin özünün imkanlarının dərk edilməsində ona kömək göstərmək idi. Ümumiyyətlə demək olar ki, bu məktəbin əsas məqsədi insanların qabiliyyətləri və səyləri hesabına təşkilatların effektlivliyini artırmaq idi.
Cəmiyyətdə mövcud olan hər bir fərdin müəyyən qabiliyyəti vardır. Müxtəlif insanlar eyni bir işi, eyni bir alətlə, eyni səviyyədə yerinə yetirə bilmirlər. Ona görə də, onların fərdi xüsusiyyətlərini - hər bir fərdin tələbatını, qabiliyyətini, səriştəsini və psixolo-giyasını nəzərə almaq lazımdır. Deməli, insani münasibətlər məktəbində hər bir fərdin qabiliyyəti, daxili təlabatı, səriştəsi və psixologiyası nəzərə alınır. İnsani münasibətlər məktəbi əmək məhsuldarlığının yüksəldilməsi və son nəticə əldə edilməsi üçün fərdi (şəxsi) münasibətlərin idarə olunmasını, onların sosial və psixoloji vəziyyətlərinin nəzərə alınmasını, rəhbərlərin işçilərə qayğı ilə yanaşması faktorlarını aşkar etdi. Bu məktəb aşağıdakı bir sıra amilləri menecmentə gətirdi və onların nəzərə alınmasını zəruri etdi  
  •  psixologiya;
  •  ictimai münasibətlər;
  •  insan amili;
  •  hakimiyyət və nüfuz;
  •  motivləşdirmə (həvəsləndirmə);
  •  işin məzmunu və iş şəraiti;
  •  rəftar (qarşılıqlı münasibət) və səriştə.
Etik görüşləri hələ kifayət qədər tədqiq edilməyən N.Tusi yaradıcılığında insan və ona məxsus olan xüsusiyyətləri mərkəzi planda nəzərdən keçirir, yaradıcılığı boyu insanın əxlaqi keyfiyyətlərini tərənnüm edir. N.Tusi əxlaqi sifətlərin yaranmasını real gerçək-likdə görür, onun fikirincə "əxlaqi sifətlər yalnız ictimai həyatda yaranır və heç də anadangəlmə proses deyil”.
Rzayev Pərviz Qafar oğlu,Rzayev Zahid Hüseyn oğlu
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: