Direktor
18 may 2016
6 159


Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır. Pedaqoji şura
- bir kollektivdə işləyən peşəkarların şurasıdır. O, bilavasitə təlim- tərbiyə prosesinin təşkili ilə bağlı məsələləri həll edir, onun təkmilləşdirilməsi yollarını müəyyənləşdirilir.
Pedaqoji şuranın fəaliyyəti məktəbin nizamnaməsi ilə müəyyən olunur,  onun tərkibinə məktəbdə  işləyən   bütün   pedaqoji işçilər, o cümlədən məktəb psixoloqu, məktəbin kitabxanaçısı, həkimi, valideyn komitəsinin    sədri, məktəb şurasının sədri daxil olur. Şuranın sədri məktəbin direktoru olur, müavini isə müəllim lərdən biri seçilir.
Pedaqoji şuranın fəaliyyətinə    daxildir:
 I dövlət standartlarının tələblərinə uyğun tədris planlarının, proqramlarının, dərsliklərin və tədris vəsaitlərinin müzakirəsi, qiymətləndirilməsi və seçilməsi, təlim-tərbiyə prosesinin forma və metodlarının tətbiqi;                                                    
 II perspektiv, illik,cari iş planlarının yerinə yetirilməsi, təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək üzrə məktəbin pedaqoji kollektivinin işinin müzakirəsi;
 III müəllimlərin, tərbiyəçilərin ixtisasını artırmaq, yaradıcı fəallığı inkişaf etdirmək,  pedaqoji kollektivdə innovasiya mühitini formalaşdırmaq, qabaqcıl pedaqoji təcrübəni öyrənmək, ümumiləşdirmək və yaymaq;
 IV müəllimlərin, şagirdlərin və valideynlərin rəyini nəzərə alaraq problemləri yaxınlaşdırmaq pedaqoji işçilərin attestasiyasını keçirmək,  attestasiya texnologiyasını təkmilləşdirmək üzrə təkliflər vermək, təhsili idarəetmə orqanları qarşısında müəllimlərə dərəcələr vermək üzrə vəsadət qaldırmaq;                                                        
 V təcrübə keçmək, ixtisasartırma kurslarına, magistraturaya göndəriləcək müəllimləri müəyyənləşdirmək, müəllimləri maddi və mənəvi mükafatlandırmaq üçün aidiyyatı təşkilatlara təqdim etmək və s.
Deməli, məktəb pedaqoji şurasının müəllimlərin elmi- pedaqoji fəaliyyətlərin yüksədilməsində rolu böyükdür.

Məqalə Göndər








Загрузка...